Karlsen: “Kramnik Naroditskini amansızcasına təqib edirdi”

Xəbərlər
23 Oktyabr 2025 09:14
38
Karlsen: “Kramnik Naroditskini amansızcasına təqib edirdi”

16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen şahmatçı Daniel Naroditskinin 29 yaşında dünyasını dəyişməsindən danışıb.

İdman.Biz-in məlumatına görə, Karlsen xüsusilə Vladimir Kramnikin Naroditskini fırıldaqlarda ittiham etməsinin faciəyə təsirindən bəhs edib.

“Tək Naroditski ilə bağlı deyil, Kramniklə bağlı ümumi vəziyyətə gəlincə, deyə bilərəm ki, çox ciddi olmasa da, əvvəllər bəzi problemlərimiz var idi. Onun bütün böyüklüyünə baxmayaraq, mən həmişə hesab etmişəm ki, onun reputasiyası bir çox səbəblərə görə, layiq olduğundan daha yaxşıdır. O, onlayn fırıldaqçılığa qarşı mübarizəyə başlayanda, onun statistikası ilə razılaşmasam da, onun düzgün mübarizə apardığını düşünürdüm. Ancaq bu, onu tamamilə dəyişdi.

O, Naroditskini amansızcasına təqib etməyə başladı. Düşünmürəm ki, kimsə Naroditskini ciddi şəkildə fırıldaqçı hesab edirdi. Mən onu dəstəklədim və yəqin ki, bunu açıq şəkildə etməli idim. Bəziləri niyə o vaxt bunu etməmək qərarına gəldiyimi başa düşə bilər. Mən inanırdım ki, Kramnikin Naroditskiyə qarşı hərəkətləri dəhşətli idi və nəticələri də göz qabağında idi. Bütün bunlar onu çoxdan son dərəcə ağır vəziyyətə salmışdı. Sözlərimə necə münasibət bəsləməyinizdən asılı olmayaraq, bu, düzgün deyildi.

Bu, böyük itkidir və şahmat ictimaiyyəti üçün çox vacib və dəyərli olan, hamının hörmət bəslədiyi bir insanın belə vəziyyətə düşdüyünü hiss etmək hamımızı ağrıdır. Bu, həqiqətən də çox kədərlidir”, - Karlsen bildirib.

İdman.Biz