59 yaşlı Beynəlxalq Boks Şöhrət Zalının üzvü və ağır çəkidə keçmiş dünya çempionu, əfsanəvi Mayk Tayson hələ də boksla məşğul olmağının səbəblərindən danışıb.
İdman.biz bildirir ki, Tayson növbəti döyüşündə Floyd Meyvezerlə qarşılaşacaq.
“14 yaşlı oğlum məndən niyə bunu etdiyimi soruşdu. Bir anlıq nə deyəcəyimi bilmədim. Və kədərləndim. “Çünki bunu edənlərin ən yaxşısı mənəm” dedim. O, başa düşmədi, amma mən əlavə etdim ki, 50 yaşımda 20 yaşımda olduğundan daha çox pul qazanmışam”, - eks-çempion deyib.
Taysonun son döyüşü 14 noyabr 2024-cü ildə amerikalı bloger və boksçu Ceyk Pola qarşı olub və o, hakimlərin qərarıyla məğlub olub.