Qazaxıstanın ən gözəl boksçusu hesab olunan Balausa Muzdiman növbəti döyüşünün anonsunu edib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı boksçu bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.
Qadınlardan ibarət Qazaxıstan millisinin sabiq üzvü hindistanlı boksçu Mamta Sinqhə qarşı keçirdiyi son döyüşdən fotolar paylaşıb.
Həmin görüşdə o, texniki nokautla vaxtından əvvəl qələbə qazanmışdı.
“Tezliklə böyük döyüş olacaq”, - “Instagram” hesabında yazıb.