Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson bloger və boksçu Ceyk Pola məğlubiyyətindən aldığı dərsdən danışıb.
İdman.Biz-in məlumatına görə, 59 yaşlı əfsanə hazırda Floyd Meyvezerə qarşı 2026-cı ilin yazında baş tuta biləcək yeni sərgi döyüşünə hazırlaşır.
“Sadəcə anın həzzini yaşayın. Bu an tezliklə bitəcək, ona görə də hələ davam edərkən onu qiymətləndirməlisən. Heç nə əbədi deyil. Mən sadəcə hazırlaşıram və səbirsizliklə bundan sonra nə olacağını gözləyirəm. Bu, əla fürsətdir və mən bundan ən yaxşı şəkildə istifadə etmək istəyirəm”, - Tayson bildirib.
Floyd Meyvezer sonuncu döyüşünü 2024-cü ilin avqustunda Con Qottiyə qarşı keçirib. Döyüş səkkiz raunddan ibarət olub və heç-heçə ilə yekunlaşıb.