Azərbaycanın çimərlik voleybolçuları iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.
İdman.biz xəbər verir ki, cütlüklər öncə Türkiyənin Mersin şəhərində təşkil olunacaq "Bioderma Pro Beach Tour" açıq çempionatında qüvvələrini sınayacaqlar.
Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək yarışda ölkəmizi bir qadın ("Azərreyl") və iki kişi komandası ("MUROV AZ TERMİNAL-1", "MUROV AZ TERMİNAL-2") təmsil edəcək.
Voleybolçularımızın növbəti sınağı isə Türkiyənin Balıkesir şəhərində olacaq. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar. Yarışda qadınlardan ibarət "Azərreyl" və kişilərdən ibarət "MUROV AZ TERMİNAL" komandaları mübarizə aparacaqlar.
Kubok oyunları oktyabr 5-8-də baş tutacaq.
İdman.biz