Türkiyə Kuboku: “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib - YENİLƏNİB + VİDEO

5 Fevral 2026 23:52
103
Türkiyə Kuboku: “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib

Türkiyə Kubokunun 3-cü turunda C qrupunda “Fənərbağça” “Ərzurumspor”u qəbul edib.

Qarşılaşma 3:1 hesabı ilə İstanbul klubunun xeyrinə qurtarıb.

Hesabı qonaqların oyunçusu Mustafa Fettahoğlu 40-cı dəqiqədə açıb. 52-ci dəqiqədə Marko Asensio hesabı bərabərləşdirib. Anderson Talişka 70-ci dəqiqədə meydan sahiblərini irəli çıxarıb. 78-ci dəqiqədə isə Talişka oyunda ikinci qoluna imza atıb.

22:30

Türkiyə Kubokunda üçüncü turun oyunları davam edir.

İdman.Biz bildirir ki, C qrupunda “Kocaelspor” “Beşiktaş”ı qəbul edib.

Oyun 1:1 hesabı ilə bitib.

18-ci dəqiqədə Serdar Dursunun vurduğu qola “Beşiktaş” 87-ci dəqiqədə Orkun Kökçünün dəqiq penalti zərbəsi ilə cavab verib.

C qrupunun digər oyununda “Keçiörengücü” “Qaziantep”ə məğlub olub – 1:5.

B qrupunda “Konyaspor” “Aliağa”nı darmadağın edib – 5:0.

İdman.Biz