Luka Donçiç Almaniya ilə oyunda rekorda imza atıb

Xəbərlər
11 Sentyabr 2025 03:18
32
Luka Donçiç Almaniya ilə oyunda rekorda imza atıb

Sloveniya millisinin və "Los Anceles Leykers"in lideri Luka Donçiç sentyabrın 10-da Riqada (Latviya) baş tutan "EuroBasket 2025"in 1/4 finalında Almaniya ilə qarşılaşmada (91:99) 39 xal toplayıb.

İdman.biz Eurohoops-a istinadən bildirir ki, Avropa Çempionatları tarixində heç bir oyunçu 1/4 final matçlarında bu qədər xal toplaya bilməyib.

Xatırladaq ki, turnir əvvəlcə dörd ölkədə - Latviya, Finlandiya, Polşa və Kiprdə keçirilib. Bütün pley-off oyunları isə Riqada keçirilir.

İdman.biz