Türkiyə millisinin "Eurobasket"in yarımfinalındakı rəqibi məlum olub

Xəbərlər
10 Sentyabr 2025 00:25
31
Türkiyə millisinin "Eurobasket"in yarımfinalındakı rəqibi məlum olub

Litva və Yunanıstan milli komandaları arasında 2025-ci il basketbol üzrə Avropa çempionatının 1/4 final oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, Yunanıstan basketbolçuları oyunda 87:76 hesabı ilə inamlı qələbə qazanıblar.

Qalib komandanın ən məhsuldar oyunçusu hücumçu Yannis Adetokunbo olub. O, 25 xal, 4 ribaund və 1 məhsuldar ötürmə ilə fərqlənib. Litva millisində ən yaxşı çıxışını Yonas Valançinas göstərib. O, 24 xal, 15 ribaund və bir məhsuldar ötürmə edib.

Yarışın yarımfinalında yunanlar daha əvvəl Polşa millisini məğlub etmiş türklərlə qarşılaşacaq.

2025-ci il basketbol üzrə Avropa çempionatı avqustun 27-də başlayıb. Yarış dörd ölkədə keçirilir: Kipr, Finlandiya, Polşa və Latviyada və sentyabrın 14-də başa çatacaq. Rusiya komandası turnirdə iştirak etmir.