Azərbaycan klubu amerikalı forvard transfer edib

Xəbərlər
28 Noyabr 2023 20:54
142
Azərbaycan klubu amerikalı forvard transfer edib

“Cəlilabad” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bölgə klubu ABŞ-dan Culian Paueleni rənglərinə bağlayıb.

27 yaşlı basketbolçu daha əvvəl Portuqaliya liqasında çıxış edib. 209 sm boya malik Culian forvard mövqeyində oynayır. Texas ştatının Beytaun şəhərində dünyaya göz açan Pauel vətənində “Linkoln” kollecini bitirib.

Qeyd edək ki, "Cəlilabad" V turdan sonra Azərbaycan Basketbol Liqasında 8 xalla 4-cü pillədə qərarlaşıb.

İdman.biz