“Sabah” Çempionlar Liqasına ölkə xaricində hazırlaşacaq

Xəbərlər
23 İyun 2025 11:13
42
“Sabah” Çempionlar Liqasına ölkə xaricində hazırlaşacaq

“Sabah” basketbol klubu Çempionlar Liqasına ölkə xaricində hazırlaşacaq.

İdman.biz xəbər verir ki, bunu “Report”a komandanın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Mütəxəssis toplanış zamanı bir neçə yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını söyləyib: "Avqustun ortalarında Bakıda təlim-məşq toplanışına yığışmağı düşünürük. Hazırlıq prosesinin növbəti mərhələsi isə ölkə xaricində nəzərdə tutulub. Düşünürəm ki, oktyabrın 7-nə, Çempionlar Liqasının startına kimi 7-8 yoxlama oyunu keçirsək, bizim üçün uyğun olar. Püşkatmaya gəlincə, bu barədə indidən nəsə demək çətindir. Çempionlar Liqasında zəif rəqib olmur. Bu səviyyəyə yüksəldiyimiz üçün şadam”.

Qeyd edək ki, “Sabah” Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünün qalibi olub.

İdman.biz