Azərbaycanın 3 liqasında qaliblər bəlli olub - FOTO

Xəbərlər
11 İyun 2025 11:17
43
Azərbaycanın 3 liqasında qaliblər bəlli olub - FOTO

Azərbaycanın U-12, U-14 və U-16 qız liqalarında mövsümə yekun vurulub.

İdman.biz xəbər verir ki, həlledici oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib.

U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars"a 48:31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" "Gəncə" üzərində 29:18 hesablı qələbə ilə liqanın üçüncüsü adına yiyələnib.

U-14 liqasının finalında AAAF klubu 59:22 hesabı ilə "Gəncə"dən güclü olub. İEOUGİM-8 55:26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü yeri tutub.

U-16 liqasının finalında "AzStars" 74:32 hesabı ilə İOEUGİM-8-i məğlub edib və çempion tituluna yəyəlib. 3-cü yerin sahibi isə AAAF-a 45-41 hesabı ilə qalib gələn "Gəncə" olub.

Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Azərbaycan Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.

İdman.biz