3x3 basketbol üzrə Gənc Basketbol Liqasının 3-cü mərhələsinin mükafatçıları müəyyənləşib.
İdman.biz xəbər verir ki, mayın 15-16-də Bakı İdman Sarayında təşkil olunan yarışda "İdman Akademiyası 2" komandası çempion olub.
Mərhələnin final görüşündə onlar "Xəzər Universiteti 2" komandası üz-üzə gəliblər. Oyunu "İdman Akademiyası 2"nin 17:10 hesablı qələbəsi ilə yekunlaşıb. Liqanın final mərhələsində 8 komanda iştirak edəcək.
Final oyununun ən dəyərli basketbolçusu (MVP) İdman Akademiyasının üzvü Varid Ağasızadə seçilib. Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Qeyd edək ki, liqanın ilk iki mərhələsində "İdman Akademiyası"nın əsas komandası qalib gəlib
İdman.biz