"Fənərbaxça" "Dördlər finalı"nda

Xəbərlər
30 Aprel 2025 01:53
191
"Fənərbaxça" "Dördlər finalı"nda

Basketbol üzrə Avropliqada "Dördlər finalı"na yüksələn ilk komanda bəlli olub.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" pley-off seriyasında "Paris"i mübarizədən kənarlaşdırıb.

İstanbul təmsilçisi hər 3 oyunda rəqibini məğlub edib (83:78, 89:72, 98:88). Pley-offun digər cütlərində "Olimpiakos" "Real"la (seriyada 2:1), "Panatinaikos" "Anadolu Efes"lə (1:1), "Monako" isə "Barselona" (2:0) ilə qarşılaşır.

Qeyd edək ki, "Dördlər Finalı" ilk dəfə Avropadan kənarda Abu-Dabidə təşkil olunacaq. Həlledici oyunlar mayın 23-25-də baş tutacaq.

İdman.biz