"Sərhədçi"nin baş məşqçisi: “Tam heyətlə oyuna çıxacağıq”

Xəbərlər
8 Mart 2025 12:49
121
"Sərhədçi"nin baş məşqçisi: “Tam heyətlə oyuna çıxacağıq”

“Bu oyuna çox yaxşı hazırlaşmışıq”.

İdman.biz xəbər verir ki, bunu "Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVII turunda "Abşeron”la oyuna hazırlığı dəyərləndirib: “Bu gün tam heyətlə oyuna çıxacağıq. Marlon Teylor da geri döndü. Əlinin ağrısı keçdi. Rəqib də son matçlarda məğlubiyyətlər yaşadı. Bizimlə eyni sayda qələbələri var. Çox önəmli oyun olacaq. Rəqibin uzun oyunçusunun geri dönüb-dönmədiyini bilmirik. Olsa-olmasa da, yaxşı hazırlaşdıq. Yeni və köhnə oyunçularımız bir-birinə yaxşı adaptasiya oldu. Fərqli meydanda oynayacağıq, dünən orda məşq də etdik. Matçı qazanmağa və növbəti tura keçməyə çalışacağıq”.

Qeyd edək ki, "Abşeron" - "Sərhədçi" matçının start fiti bu gün saat 19:00-da veriləcək.

İdman.biz