Azərbaycan çempionundan yeni müqavilə

Xəbərlər
3 İyul 2025 13:03
29
Azərbaycan çempionundan yeni müqavilə

“Sabah” basketbolçusu ilə müqaviləni uzadıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Ramiz Quliyevlə danışıqlar müsbət yekunlaşıb.

23 yaşlı basketbolçu 2025/2026 mövsümündə də Azərbaycan çempionunun şərəfini qoruyacaq.

İdman.biz