Azərbaycan Basketbol Liqasının oyunlarının coğrafiyası genişləndirilib

Xəbərlər
17 Oktyabr 2023 17:20
124
Azərbaycan Basketbol Liqasının oyunlarının coğrafiyası genişləndirilib

Basketbol üzrə Azərbaycan Liqasının yeni mövsümünün oyunlarının coğrafiyası genişləndirilib.

İdman.biz xəbər verir ki, ötən mövsüm görüşlər əsasən "Sərhədçi" kompleksində keçirilirdisə, indi bölgələrdən gələn komandaların sayının artdığını nəzərə alaraq, səfər görüşləri daha çox olacaq.

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün açılış mərasiminə həsr olunmuş tədbirində paytaxtla yanaşı, Şəki, Gəncə, Cəlilabad, Xaçmaz, Sumqayıt şəhərlərində də təqvim iclaslarının keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, liqada 10 - “Sabah”, “NTD-İNDIQO” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” komandaları oynayacaq.

İdman.biz