Klub rəhbərliyi hansı idmançının hərəkətinə görə jurnalistdən üzr istəyib?

Xəbərlər
5 Noyabr 2024 01:14
90
Klub rəhbərliyi hansı idmançının hərəkətinə görə jurnalistdən üzr istəyib?

"Filadelfiya Siksers" basketbol klubunun rəhbərliyi Joel Embidin vurduğu jurnalistlə görüşüb.

İdman.biz xəbər verir ki, prezident Deril Mori və baş menecer Elton Brend Markus Heysdən üzr istəyib.

İki gün əvvəl ulduz basketbolçunun reportyorun hücum etməsi xəbərləri yayılıb. Klub rəhbərliyi baş verənlərlə bağlı Markusu dinləmək qərarında gəliblər. Onlar baş verənlərə təəssüf hissi keçirdiklərini bildiriblər və jurnalisti haqlı sayıblar.

Qeyd edək ki, NBA insayderlərindən birin Joelin "Filadelfiya"nın soyunub-geyinmə otağında Heysə zərbə vurduğu açıqlayıb.

İdman.biz