“Gəncə” türkiyəli baş məşqçi ilə müqavilə imzalayıb

Xəbərlər
28 Sentyabr 2023 12:48
105
“Gəncə” türkiyəli baş məşqçi ilə müqavilə imzalayıb

“Gəncə” basketbol klubunun baş məşqçisinin adı bəlli olub.

Klubdan İdman.bizə verilən məlumata görə, komanda türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub.

41 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

İlk dəfə ölkə xaricində işləyəcək Meriç "Ankaragücü" və "Böyük Anadolu" klublarında çalışıb. Onun oğlu Derin Berköz isə 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.

İdman.biz