“Los-Anceles Klippers”in baş məşqçisi ən çox qazanan ola bilər

Xəbərlər
29 May 2024 20:46
87
“Los-Anceles Klippers”in baş məşqçisi ən çox qazanan ola bilər

Tayron Lue “Los-Anceles Klippers”lə uzun müddətli müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, o, NBA-nın ən çox qazanan baş məşqçilərindən biri olacaq.

Müqavilənin detalları barədə məlumat verilməyib. Lue 2020-ci ildən komandaya rəhbərlik edir və ilə 7-8 milyon dollar qazanır. Onun maaş 2 dəfə artırıla bilər. “Klippers” Luenin rəhbərliyi ilə 2023/2024 mövsümdə pley-offun ilk mərhələsində “Dallas Maveriks”ə uduzub.

Qeyd edək ki, NBA-da ən çox maaş alan mütəxəsis Stiv Kerrdir. “Qolden Steyt”in baş məşqçisi ilə 17,5 milyon dollar qazanıb.

İdman.biz