Amil Həmzəyev: “Əsas hədəfimiz bəlli deyil”

Xəbərlər
25 May 2024 15:17
121
Amil Həmzəyev: “Əsas hədəfimiz bəlli deyil”

“Mövsüm ərzində yaxşı rəqibləri keçərək bu yerə kimi gəlib çıxdıq”.

Bunu İdman.bizə açıqlamasında “Xəzri”nin basketbolçusu Amil Həmzəyev deyib.

O, Azərbaycan çempionatında 2023/24 mövsümünü dəyərləndirib. Həmzəyev bildirib ki, komanda gözləniləndən və bacardığından artığına imza atıb: “Lakin sonadək mübarizə aparmaq üçün gücümüz çatmadı. Komandada az sayda oyunçu xal hesabımıza töhfəsini verirdi. Heyətdə çox yorğunluq hiss olunurdu. Finalda rəqib çox güclü idi. Hesabda öndə olsaq da, əsasən yorğun olmağımız oyunumuza təsir etdi. Komandamızda olan oyunçuların hər biri keyfiyyətlidir. Lakin ehtiyatda olanlardan yararlana bilmirik. Buna görə dincəlmək imkanımız olmur. Mənim özüm 40 dəqiqə oynadım. Bu da öz təsirini göstərir. Yeni mövsümdə hansı komandaların olacağını bilmirəm. Ona görə də hələ əsas hədəfimiz bəlli deyil”.

Qeyd edək ki, “Xəzri” Azərbaycan Basketbol Liqasının 2023/24 mövsümünü gümüş medalla bitirib.

Banuçiçək Hüseynli
İdman.biz