Çempion seriyada önə keçib - FOTO - VİDEO

Xəbərlər
22 May 2024 21:27
186
Çempion seriyada önə keçib - FOTO - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Sabah”la “Xəzri” arasında 3-cü duel baş tutub.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub. Fasiləyə kimi oyun bərabər səviyyədə keçib. 3-cü periodda 11 xallıq üstünlük qazanan "Sabah" inamlı qələbə qazanıb. Çempion "Xəzri"ni 75:59 hesabı ilə məğlub edərək, seriyada önə keçib.

Qeyd edək ki, komandalar arasında növbəti matç mayın 24-də keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Final, 3-cü oyun
22 may
19:30. “Sabah” – “Xəzri” - 75:59 (18:19, 17:15, 25:14, 15:11)

"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:1

İdman.biz

Məqalədə: