"Neftçi" pley-offa məğlub başlayıb - VİDEO - FOTO

Xəbərlər
30 Aprel 2024 21:34
427
"Neftçi" pley-offa məğlub başlayıb - VİDEO - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilibb.

İdman.biz xəbər verir ki, 1/4 finalın ilk oyununda "Xırdalan" "Neftçi" ilə üz-üzə gəlib.

Pley-offun reqlamentə görə, mübarizə 2 qələbəyədək davam edəcək. İlk görüş "Xırdalan"ın qələbəsi ilə başa çatıb. Oyunboyu üstün olan nominal meydan sahibləri son periodda fərqin azalmasına imkan veriblər. "Neftçi"nin gücü xal fərqini 3-ə kimi azaltmağa çatıb. "Xırdalan" 80:75 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah digər 1/4 cütündə “Xəzri” “Sərhədçi” ilə qarşılaşacaq. "Xırdalan" - "Neftçi" cütünün qalibi yarımfinalda "Sabah"la, “Xəzri” - “Sərhədçi” görüşünün güclüsü isə NTD-İNDİQO ilə üz-üzə gələcək.

Azərbaycan Baketbol Liqası
Pley-off mərhələsi
1/4 final
30 aprel
19:30. "Xırdalan" – "Neftçi" - 80:75 (23:13, 16:17, 26:22, 15:23)

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz