"Xırdalan" qalib gəlib, "Neftçi" lider bitirib - FOTO

Xəbərlər
26 Mart 2024 21:16
167
"Xırdalan" qalib gəlib, "Neftçi" lider bitirib - FOTO

Bu gün basketbol üzrə Azərbaycan kubokunda növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, 2 oyunla A qrupunda mübarizəyə yekun vurulub.

Son görüşlərdə "Xırdalan" "Sumqayıt"la, "Neftçi" "Xəzri" ilə üz-üzə gəlib. "Xırdalan" autsayderlə görüşdə qalib gəlib. Bu qələbə onlara 3-cü pillədə qərarlaşmaq imkanı verib.

"Neftçi" ilə "Xəzri"nin oyunu lideri müəyyənləşdirib. Görüş "ağ qaralar"ın inamlı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar "Sərhədçi" İdman Mərkəzində keçirilib. Qrupda ilk 2 yerin sahibi yarımfinala yüksəlib.

Azərbaycan kuboku
26 mart
A qrupu, V tur

16:30. "Xırdalan" –"Sumqayıt" - 89:83 (22:19,19:21, 29:21, 19:22)
19:30. "Neftçi" – "Xəzri" - 80:67 (17:18, 16:14, 26:11, 21:24)

Neftçi

4

4

0

329-282 (+47)

8

Xəzri

4

3

1

333-294 (+39)

7

Xırdalan

4

2

2

329-322 (+7)

6

Cəlilabad

4

1

3

314-352 (-38)

5

Sumqayıt

4

0

4

316-371 (-55)

4

İdman.biz