"Neftçi"dən qələbə ilə start, "Xəzri" vahid lider olub - FOTO

Xəbərlər
1 Mart 2024 21:19
154
"Neftçi"dən qələbə ilə start,  "Xəzri" vahid lider olub - FOTO

Bu gün basketbol üzrə Azərbaycan kubokuna növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, A qrupunda 2 matç baş tutub.

“Neftçi” “Sumqayıt”ı, “Xəzri” isə “Cəlilabad”ı sınağa çəkib. "Ağ-qaralar" qrupun ilk oyununu qələbə ilə başa vurublar. Onlar "Sumqayıt"i 87:76 hesabı ilə məğlub ediblər.

"Xəzri" qrupun vahid lideri olub. Komanda "Cəlilabad"la görüşdə çətinlik çəkməyib. Meydan sahibləri 17 xal fərqi ilə üstün olublar.

Qeyd edək ki, matçlar “Sərhədçi” İdman Mərkəzində keçirilib.

Azərbaycan kuboku
1 mart
A qrupu, I tur

16:30. “Neftçi” – “Sumqayıt” - 87:76 (19:11, 21:27, 23:18, 24:20)
19:30. “Xəzri” – “Cəlilabad” - 86:69 (25:10, 19:25, 22:19, 20:15)

Xəzri

2

2

0

191-150 (+41)

4

Xırdalan

1

1

0

108-84 (+24)

2

Neftçi

1

1

0

87-76 (+11)

2

Sumqayıt

2

0

2

157-192 (-35)

2

Cəlilabad

2

0

2

153-194 (-41)

2

İdman.biz