“LANDAU Lions” amerikalı forvard Kervin Voltonu heyətinə qatıb

12 Avqust 2026 22:20
162
“LANDAU Lions” amerikalı forvard Kervin Voltonu heyətinə qatıb

"LANDAU Lions" basketbol klubu heyətini amerikalı forvard Kervin Voltonla gücləndirib.

İdman.Biz kluba istinadən bildirir ki, 196 sm boya malik basketbolçu NCAA-də nüfuzlu Texas Tex və Şimali Karolina kolleclərinin komandalarında çıxış edib.

O, son olaraq Niderland və Belçika komandalarının birgə çıxış etdiyi BNXT liqasında "Den Boş" komandasının formasını geyinib. Kervin çıxış etdiyi klublarda 13.4 xal ortalaması ilə fərqlənib.

İdman.Biz