Luka Donçiç NBA-da unikal rekorda imza atdı

Xəbərlər
26 Yanvar 2026 17:43
60
Luka Donçiç NBA-da unikal rekorda imza atdı

“Los-Anceles Leykers”in basketbolçusu Luka Donçiç NBA tarixində unikal bir nailiyyətə imza atıb.

İdman.Biz OptaSTATS statistika xidmətinə istinadən xəbər verir ki, sloveniyalı oyunçu ardıcıl altı səfər matçında ən azı 30 xal toplayıb, minimum səkkiz məhsuldar ötürmə verib və azı bir top ələ keçirib.

Bu göstərici NBA tarixində sözügedən kateqoriya üzrə ən uzun seriya hesab olunur.

26 yaşlı basketbolçu cari mövsümdə müntəzəm çempionat çərçivəsində 36 oyunda iştirak edib. O, hər matçda orta hesabla 33,4 xal, 7,8 ribaund və 8,7 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: