FIBA Avropa Kuboku: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi - YENİLƏNİB

Xəbərlər
19 Noyabr 2025 21:23
177
FIBA Avropa Kuboku: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi - YENİLƏNİB

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, I qrupunda yer alan “Neftçi” “Abşeron Lions”la qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç “Abşeron Lions”un 95:86 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbə qazanıb.

09:09

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, I qrupunda yer alan “Neftçi” bu gün “Abşeron Lions”la qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Neftçi” 8 xalla ikinci pillədə qərarlaşıb. Sonuncu - dördüncü olan “Abşeron Lions”un isə 6 xalı var.

İdman.Biz