Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sumqayıt”I məğlub etdi - YENİLƏNİB

Xəbərlər
14 Noyabr 2025 21:32
155
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sumqayıt”I məğlub etdi - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, B qrupunda “Sumqayıt” “Naxçıvan”la üz-üzə gəlib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 116:99 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə “Lənkəran” “Sərhədçi”ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.

09:32

Bu gün Azərbaycan Basketbol Liqasında VII turun daha bir qarşılaşması baş tutacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda “Sumqayıt” komandası “Naxçıvan”nı qəbul edəcək.

Oyun saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində başlayacaq.

“Naxçıvan” qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik “Sumqayıt” isə sonuncu - altıncıdır.

Qeyd edək ki, dünən B qrupu mərhələsi çərçivəsində Lənkəran "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub etmişdi. VII tura noyabrın 16-da yekun vurulacaq.

İdman.Biz