“Boston”un əfsanəsi, basketbolçu Pol Pirs sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs edilib.
İdman.Biz xəbər verir ki, Pol Pirs San-Fernando vadisindəki magistralda “Range Rover” markalı avtomobilində sərxoş vəziyyətdə aşkarlanıb.
Avtomobil polis əməkdaşlarının həmin yolda apardığı reyd zamanı saxlanılıb. Pol Pirslə danışarkən polis onun spirtli içki təsiri altında olduğunu müəyyən edib və avtomobildən düşürülərək saxlanılıb.