Jurnalist ulduz basketbolçunun zədəsini gülüş obyektinə çevirdi

Xəbərlər
10 Oktyabr 2025 14:08
36
Jurnalist ulduz basketbolçunun zədəsini gülüş obyektinə çevirdi

ESPN-in müxbiri Mett Barri hazırda zədəli olan “Los-Anceles Leykers”in ulduz basketbolçusu Lebron Ceymslə zarafat edib.

İdman.Biz xəbər verir ki, jurnalist 40 yaşlı basketbolçunun zədəsini daha tez sağaltmaq üçün öz “tövsiyəsini” verib.

“Bir ideyam var! Bəlkə ona həmin yeri konyakla silmək lazımdır, onda hər şey keçər,” – Barri gülümsəyərək bildirib.

Məlumat üçün qeyd edək ki, Ceyms güclü oturaq sinir iltihabından əziyyət çəkir. 40 yaşlı basketbolçu ən azı üç həftəlik oyunlardan kənarda qalacaq.

İdman.Biz

Məqalədə: