Ən güclü badmintonçular bəlli olub - FOTO

Xəbərlər
3 Aprel 2024 19:19
Ən güclü badmintonçular bəlli olub - FOTO

Badminton üzrə Bakı birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışda 2008-2009-ci illər təvəllüdlü badmintonçular mübarizə aparıblar.

4 gün davam edən yarışın sonunda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. Əli Gözləov və Leyla Camalzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Onlar fərdi və qoşa yarışlarda fərqləniblər.

Şəxsi
Oğlanlar

1.Əli Gözəlov
2.İlham Hacıyev
3.Fərəc Kərimli

Qızlar
1.Leyla Camalzadə
2.Aysu Kərimzadə
3.Viktoriya Kumanyayeva

Qoşa
Oğlanlar

1.Fərəc Kərimli-Əli Gözəlov
2.Hüseyn Mirələmov-İlham Hacıyev
3.Fazil Quliyev-Ömər Teymurlu

Qızlar
1.Aysu Kərimzadə-Leyla Camalzadə
2.Nəzrin Mehrəlizadə-Viktoriya Kumanyayeva
3.Fatimə Həsənzadə-Nərmin Hüseynova

Qarışıq qoşa
1.Fazil Quliyev-Nərmin Hüseynova
2.Əli Gözəlov-Aysu Kərimzadə
3.Mirələmov Hüseyn-Nəzrin Mehrəlizadə

İdman.biz