Cəzaçəkmə müəssəsində badminton turniri keçirilib - FOTO

Xəbərlər
8 Mart 2024 11:26
Cəzaçəkmə müəssəsində badminton turniri keçirilib - FOTO

8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssəsində qadınlar arasında həvəskar badminton turniri keçirilib.

İdman.biz xəbər verir ki, ardıcıl olaraq üçüncü ildir keçirilən və ənəvi xarakter alan yarış Azərbaycan Badminton Federasiyası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Qadın həmrəyliyi ruhunda keçirilən turnirin iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.

Daim ədalətli oyun prinsiplərini rəhbər tutan Azərbaycan Badminton Federasiyası davamlı olaraq bu layihələri həyata keçirməklə səlahiyyətli təşkilatlar və dövlət qurumları arasında hab rolunu oynamaqla yanaşı, cəmiyyət və beynəlxalq idman təşkilatlarına sosial mesajlar verib. Bu cür tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında da mühüm rol oynayaraq onların sağlam həyata tərzini və fiziki inkişafını da təmin etmiş olur.

Qeyd edək ki, sosial layihələrə xüsusi diqqət ayıran federasiya iki il arıdıcıl olaraq Avropa ədalətli Oyun Hərəkatının “Ədalətli Oyun Ruhu” nominasiyası üzrə beynəlxalq “Fair Play” mükafatına layiq görülüb. Qurum cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və parabadmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və bununla da badmintonun hamı üçün əlçatanlığını təmin edilməsinə görə bu nominasiya üzrə mükafatlandırılıb.

İdman.biz

Məqalədə: