“Qəbələ” komandasının qış hazırlıq planı bəlli olub.
İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasının 16-cı turunun “Qarabağ”la oyunundan sonra istirahətə buraxılan kollektiv yanvarın 3-də toplaşacaq.
Hazırlıq prosesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
“Qəbələ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 24-də Misli Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
