Azər Bağırov: “Dinimizdə üç hakimdən ikisi cəhənnəmlikdir”

Xəbərlər
1 Noyabr 2025 20:21
46
Azər Bağırov: “Dinimizdə üç hakimdən ikisi cəhənnəmlikdir”

“Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır matç olacaq”.

İdman.Biz bildirir ki, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasında “Neftçi” ilə oyundan sonra deyib.

Qarşılaşma 5:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.

“Ehtiyat oyunçular skamyamız kasad idi. Birinci hissədə nələrisə öz xeyrimizə dəyişə biləcəyimizi düşünürdük. Təəssüflər olsun ki, istədiklərimiz alınmadı. Bu gün isə ehtiyat oyunçular skamyamız demək olar ki, yox idi. Ba ilə Ohori kimi iki əsas oyunçuların olmaması bizim kimi komandalara təsir edir. Heç kim qol buraxmaq istəməz. Təəssüflər olsun ki, boşluqlarımız var. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik.

Keyfiyyət barədə danışmaq istəmirəm. Bu gün həmin oyunçular mənimdir. Davam etməliyik, məcburuq. Xalları bu futbolçularla yığacağıq. Dəyişikliklər əlbəttə ki, olacaq.. Zəif tərəflərimiz var. Hər şeyin vaxtı var. Vaxtı çatanda qərarlar verəcəyik”, - Bağırov bildirib.

Baş məşqçi hakimlik mövzusuna da toxunub: “Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək.”

İdman.Biz