Adil Şükürov: “Yaxşı komandaya qarşı oyunda qələbə qazanmışıq”

Xəbərlər
9 Dekabr 2023 17:36
691
Adil Şükürov: “Yaxşı komandaya qarşı oyunda qələbə qazanmışıq”

"İlk növbədə bizi sevən insanları sevindirdiyimiz üçün Allahımıza şükürlər olsun. "Kəpəz"i sevənlərin hamısının üzünü güldürə bildik”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ” üzərində qələbəni şərh edib. Şükürov 3 xal qazanmalarında xüsusi rolu azarkeşlərə təşəkkür edib: “Oyunlarımızda həmişə bizə dəstək olurlar. Matça gəldikdə, yaxşı təşkilatlanmış rəqibə qarşı oynadıq. Elmar Baxşiyevin çox yaxşı komandası var. Qalib gəldiyimiz üçün çox sevinirəm. Çünki yaxşı komandaya qarşı oyunda qələbə qazanmışıq. Həmişə ön sıralarda gedən bir rəqibdir. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm".

Qeyd edək ki, “Kəpəz” 3:0 hesabı ilə qələbə qazanaraq turnir cədvəlində sonuncu pilləni rəqibinə verib.

İdman.biz