“Neftçi” daha bir futbolçunun transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda ekvadorlu Cordan Rezabala heyətinə qatıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. O, 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinib
Qeyd edək ki, Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
İdman.biz