Bədavi Hüseynov: “Qarşıda çətin oyunlarımız var” - VİDEO

Xəbərlər
25 Sentyabr 2025 23:28
181
Bədavi Hüseynov: “Qarşıda çətin oyunlarımız var” - VİDEO

“Növbəti mövsümdə də Çempionlar Liqasında oynamaq istəyiriksə, çempion olmalıyıq”.

İdman.biz xəbər verir ki, bi sözləri “Qarabağ” klubunun kapitanı Bədavi Hüseynov sportinfo.az-a deyib.

“Premyer Liqa matçlarına ciddi yanaşmaq vacib şərtdir. Bizim üçün mövsümün əvvəli həmişə çətin olur. İki cəbhədə mübarizə aparırıq deyə, xal itkiləri ilə üzləşirik. Söhbət peşəkarlıqdan gedirsə, hər vəziyyətə hazır olmalıyıq”, - kapitan bildirib.

Hüseynov qarşıda onları çətin oyunların gözlədiyini deyib: “Nəriman zədəlidir, Yankoviç də zədələndi. Hələ ki, 100 faiz formada deyilik. Zamanla işlərimiz tam qaydasına düşəndən sonra rahat olacaq”.

İdman.Biz