“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çünki oyunun nəticəsindən asılı olmayaraq 90 dəqiqə komandanı dəstəklədilər”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XV turundan uduzan “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Gənc mütəxəssis “Sabah”la 0:2 başa çatan oyundan sonra komandaya vaxt lazım olduğunu bildirib: “Düzdü, futbolçular çalışdı ki, biz gəldiyimiz qısa müddətə baxmayaraq daha böyük addımlar atsınlar. Amma bu indi alınan bir şey deyil. Müəyyən bir vaxt lazımdır. Dayanmırıq, çalışırıq. Müəyyən işlərdə irəliləyişlər var. Aqressivliyi komandaya gətirə bilmişik. Sonluq çatışmır. Gələcək oyunlarda bunu da həll etməyə səy göstərəcəyik. Futbolçulara da minnətdaram. Bütün güclərini ortaya qoydular. Uşaqlar nələrsə etməyə çalışırlar. Gələcək oyunlara baxacağıq".
Qeyd edək ki, “Kəpəz” 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
İdman.biz