Azərbaycanın veteran futbolçularından ibarət yığması Özbəkistanda yoldaşlıq oyunu keçirib.
İdman.biz xəbər verir ki, komandamız səfərə AFFA və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanıb.
Maraqlı və dostluq şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə yekinlaşıb. Millimizin heyətində Hüseyn Məhəmmədov, Arif Əsədov, Emin Quliyev, Ədahim Niftəliyev, Alim Qasımov, Tərlan Əhmədov, Mahmud Qurbanov kimi veteranlar yer alıb. Nümayəndə heyətində Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və veteran hakim Rüstəm Rəhimov rəhbərlik ediblər.
Qeyd edək ki, oyundan əvvəl komandamız Heydər Əliyevin Özbəkistandakı heykəlini ziyarət ediblər.
İdman.biz