Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunun “Əl Əhli” və “Əl Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Şahzadə Abdullah Əl-Feysal” stadionunda (Ciddə) oynayıblar.
Matç ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə bitib.
“Əl Əhli”nin hücumçusu Ayvan Toni matçın ilk qolunu yeddinci dəqiqədə vurub. O, 20-ci dəqiqədə ikinci qolunu vuraraq komandasının üstünlüyünü ikiqat artırıb. 31-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Abdullah Əl-Əmri fərqi azaldıb, 13 dəqiqə sonra isə bərabərlik qolunu vurub. İkinci hissənin əvvəlində ev sahibi komandanın müdafiəçisi Merih Demiral “Əl Nəsr”in qapısına üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
Səudiyyə Ərəbistanı Pro Liqasında oynanılan 12 oyundan sonra “Əl Nəsr” 31 xalla turnir cədvəlinə başçılıq edir. “Əl Əhli” 25 xalla dördüncü yerdədir.
Növbəti turda “Əl Nəsr” yanvarın 8-də "Əl Qadisiya"nı qəbul edəcək, “Əl Əhli” isə yanvarın 10-da “Əl Ohdud”la oynayacaq.
