“Neftçi”nin Sankt-Peterburq “Zenit”i ilə yoldaşlıq oyunundan əvvəl fan zona təşkil olunacaq.
İdman.biz xəbər verir ki, fan zona çərçivəsində noyabrın 18-də saat 19:00-dan etibarən stadionda yerləşən fan mağazada “Neftçi”nin yetirməsi, “Flaqman”ın və Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışovla avtoqraf sessiyası reallaşacaq.
Bundan əlavə, fan zonaya basketbol yarışı, “face art”, masaüstü futbol, rodeo öküzü kimi əyləncəli tədbirlər də daxildir.
Keçən ay karyerasını başa vuran Abışov “Zenit”lə görüşdə vida matçına çıxacaq.
Qeyd edək ki, Bakı klubu Rusiya təmsilçisi ilə noyabrın 21-də saat 21:00-da “Neftçi Arena”da üz-üzə gələcək. ..
İdman.biz