“Portuqaliyanın Serbiya ilə oyununa baxıb onları təhlil etmişdik. Zəif cəhətlərini müəyyənləşdirmişdik”.
Bunu İdman.biz saytına müsahibəsində minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev deyib.
BƏƏ-də keçirilən dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyanı məğlub edən yığmamızın çalışdırıcısı mundialda əsas hədəflərindən danışıb: “Əsas təşəkkür oyunçularıma düşür. Onlar verilən tapşırıqları ən ideal şəkildə yerinə yetirdilər. Nəticədə biz də inamlı qələbə qazandıq. Azərbaycanı təbrik edirəm. Azərkeşlərin dəstəyi sayəsində motivasiya topladıq və biz addım-addım dünya çempionluğuna doğru gedirik. Çalışacağıq ki, dünya çempionatından ən az medalla qayıdaq. Əsas məqsədimiz isə dünya çempionu olmaqdır”.
Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri sabah keçiriləcək.
Emin Ağa
İdman.biz