"Sumqayıt" "Zirə"ni məğlub edib

Xəbərlər
14 Oktyabr 2023 18:41
107
"Sumqayıt" "Zirə"ni məğlub edib

Milli komandaların oyunları ilə bağlı fasilədən istifadə edən "Zirə" və "Sumqayıt" yoxlama matçı keçiblər.

İdman.biz xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib.

“Sumqayıt” Kamran Quliyev 75-ci dəqiqədə penaltidən fərqlənməsi ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionatında "Zirə" 9 turdan sonra 19 xalla liderdir. Rəqibindən 1 oyun az keçirən "Sumqayıt" isə 11 xalla 7-cidir.

İdman.biz