17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığması Lüksemburqa uduzub.
İdman.biz saytı xəbər verir ki, bu, Avropa çempionatının B liqasının 1-ci mərhələsində qeydə alınıb.
Komandamız Xorvatiyada təşkil olunan qrup mərhələsinin ilk oyununda sona yaxın qapısından top buraxıb. Qarşılaşma rəqib yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz növbəti oyununu oktyabrın 5-də meydan sahiblərinə qarşı keçirəcək.
U-17 Avropa çempionatı, B liqası
Qızlar
Azərbaycan U-17 – Lüksemburq U-17 – 0:1
Xoratiya U-17 – Malta U-17 – 8:0
İdman.biz