“Neftçi” səfərdə "Turan Tovuz"u məğlub edib - VİDEO

Xəbərlər
30 Sentyabr 2023 18:03
“Neftçi” səfərdə "Turan Tovuz"u məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun ikinci gününə start verilib.

İdman.biz xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Son iki oyunda xal itirən Adrian Mutunun yetirmələri bu dəfə qələbəyə seviniblər. "Neftçi" matçın başa çatmasına 3 dəqiqə qalmış Aaron Olanarenin dəqiq baş zərbəsi ilə aktivinə 3 xal əlavə edib.

Nəticədə xallarının sayını 12-yə yüksəldən Bakı təmsilçisi 4-cü yerə qalxıb. Onlardan 1 xal geri qalan "Turan Tovuz" isə hələlik beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günə "Səbail" - "Sabah" matçı ilə yekun vurulacaq. Turun ilk oyununda "Qarabağ" "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəlib. Oktyabrın 1-də isə "Kəpəz" "Qəbələ"ni, "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək.

İdman.biz