"Sumqayıt" tək qolla qalib gəlib - VİDEO

Xəbərlər
31 Mart 2024 19:58
525
"Sumqayıt" tək qolla qalib gəlib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun Sumqayıtda baş tutub.

Axırıncı turları uğursuz keçirən "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olub. 5 oyunda cəmi 2 xal toplayan Azər Bağırovun yetirmələrinin uğursuz seriyası davam edib. Naxçıvan təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzub. "Sumqayıt" 7-ci dəqiqədə penalti zərbəsi ilə fərqlənib.

Qeyd edək ki, "Qəbələ" "Neftçi"yə (0:1), "Kəpəz" "Qarabağ"a (1:6), "Sabah" isə "Zirə"yə (0:1) öz meydanında uduzub. "Səbail" "Turan Tovuz"la isə heç-heçə edib - 1:1.

Azərbaycan Premyer Liqası

XXVIII tur
31 mart (bazar)

18:00. "Sumqayıt" – "Araz-Naxçıvan" - 1:0
Qol:
Kasimir Ninqa, 7 (pen.)
Baş hakim: Kamranbəy Rəhimov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

1

Qarabağ

28

22

3

3

77-24

69

2

Neftçi

28

12

7

9

35-29

43

3

Zirə

28

11

9

8

22-18

42

4

Sumqayıt

28

11

9

8

27-32

42

5

Sabah

28

11

7

10

39-33

40

6

Səbail

28

10

8

10

40-42

38

7

Turan Tovuz

28

9

9

10

42-39

36

8

Araz-Naxçıvan

28

8

8

12

27-37

32

9

Kəpəz

28

7

6

15

30-53

27

10

Qəbələ

28

4

4

20

20-52

16

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") – 17, Aleksandr Ramalinqom ("Səbail") – 11, Orxan Əliyev ("Araz-Naxçıvan"), Yassin Benzia ("Qarabağ") - 9 qol.

İdman.biz