Azərbaycan milli komandası və "Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyəv millininin düşərgəsini tərk edir.
İdman.biz-ə bu barədə AFFA-dan məlumat verilib.
Bu gün "Qarabağ"la yollarını ayırıb Türkiyə Superliqası təmsilçisi "Adana Demirspor"a transfer olunan Ş.Məhəmmədəliyev, artıq millinin düşərgəsini tərk etmək üçün icazə alıb. Qapıçı sabah səhər Türkiyəyə yola düşüb, axşam yenidən milli komandanın bazasına ("Dalğa Arena"ya) geri qayıdacaq. Sentyabr 8-i isə "Dalğa Arena"da baş tutacaq milli komandamızın AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyundan öncə keçiriləcək açıq məşqinə qatılacaq.
Qeyd edək ki, "Qarabağ"dan ayrılan Ş.Məhəmmədəliyev "Adana Demirspor"la 2+1 illik müqavilə imzalayacaq.
Ağa Dadaşzadə
İdman.biz