“Bayer”in idman direktoru: “Qarabağ” böyük hörmətə layiqdir”

Xəbərlər
23 Fevral 2024 22:17
514
“Bayer”in idman direktoru: “Qarabağ” böyük hörmətə layiqdir”

“Qarabağ” güclü rəqibdir və onlar bunu qrup mərhələsində sübuta yetiriblər”.

İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibi “Bayer”in idman direktoru Simon Rolfes deyib.

Leverkuzen klubunun keçmiş futbolçusu bu gün keçirilən püşkatmaya münasibət bildirib. Rolfes “Braqa” ilə oyunlarda “Qarabağ”ın çıxışını qabardıb: “Bizə çox tanış, həm də asan olmayan rəqibdir. “Braqa” ilə görüşdə oyunun gedişini öz xeyirlərinə dəyişə bildilər. “Qarabağ” böyük hörmətə layiqdir. Rəqiblə qarşılaşmalara yüksək konsentrasiya ilə çıxmalıyıq. Növbəti mərhələyə yüksəlmək üçün bizi 2 çətin oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” turnirin qrup mərhələsində üz-üzə gəliblər. Almaniya təmsilçisi Leverkizendə 5:1, Bakıda 1:0 hesabı ilə qələbə qazanıb. Komandalar arasındakı 1/8 finalın ilk oyunu martın 7-də Bakıda, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

İdman.biz