Estoniyanın baş məşqçisi: “Azərbaycanla yenidən oynamaq istəmirdik”

Xəbərlər
9 Fevral 2024 09:54
789
Estoniyanın baş məşqçisi: “Azərbaycanla yenidən oynamaq istəmirdik”

“İsveç və Azərbaycanı yaxşı tanıyırıq. Eyni zamanda, onlar da bizim oyuna yaxşı bələddirlər”.

İdman.biz xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasının püşkünü dəyərləndirib. 49 yaşlı Heberli C divizionunda Azərbaycan, İsveç və Slovakiya ilə eyni qrupda mübarizə aparmağın asan olmayacağını etiraf edib: “Rəqiblərimizi görəndə son anadək ümid edirdik ki, 1-ci qrupa düşməyəcəyik. İsveç və Azərbaycanla yenidən oynamaq istəmirdik, amma püşk onları yenidən bizə qismət etdi. Digər qrup daha yaxşı ola bilərdi".

İsveçrəli mütəxəssis Estoniyanın əsas hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, komandanın məqsədi C divizionunda özünü sübut etməkdir: “Bir oyunda qalib gəldik, bunun sayını artırmalıyıq. Əsas məqsədimiz budur. D divizionunda daha yaxşı olduğumuzu sübut etdik, indi C-də qalmaq istəyirik. Amma bu, çətin işdir”.

Qeyd edək ki, millimiz AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda 1:1 hesabı ilə heç-heçə oynasa da, səfərdə 2:0 hesabı ilə məğlub edib.

Emin Ağa
İdman.biz

Məqalədə: