Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə kuboku ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” 1/8 finalda səfərdə “Başakşəhər”ə uduzub.
Cütün qalibi penalti zərbələri seriyası zamanı müəyyənləşib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 11 metrlik seriyada isə meydan sahibləri daha dəqiq olublar. “Başakşəhər” 3:2 hesablə qələbəyə sevinib.
Qeyd edək ki, Renat oyunun ilk dəqiqələrindən meydanda olub. O, matçın 90-cı dəqiqəsində əvəzlənib.
İdman.biz